Britaniyalı məşhur müğənni Adel NBA-nın final seriyası matçında fotoqrafların obyektivinə tuş gəlib.
Lent.az "big.az"a istinadən verir ki, onun görünüşü sosial şəbəkələrdə mübahisələrə səbəb olub.
33 yaşlı məşhur Finiksdə keçirilən "Finiks Sans" və "Miluoki Baks" komandaları arasında görüşə baxmağa gedib.
O, qara şalvar-köynəkdə və uzun paltoda olub. Müğənninin imicini qara çanta və halqa sırğalar tamamlayıb.
Oxucuların bəziləri şərhlərdə onun görünüşünü tənqid ediblər:
"Əvvəllər onu çox sevirdim", "Basketbol oyunu üçün nə qədər gülünc bir geyim", "Çox çəki itirib və indi xəstə görünür".
Digərləri isə ulduzu tərifləyiblər:
"Adel təəccübləndirir", "O, həqiqətən əla görünür. Həmişə onun gözəl üz cizgilərinə, xüsusən də gözəl gözlərə sahib olduğunu düşünürdüm və çəkisini itirməsi bunu yalnız vurğulayır".