2020-ci ildə ABŞ Silahlı Qüvvələrinin hərbçiləri arasında rekord sayda intihar qeydə alınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu, Pentaqonun məlumatında öz əksini tapıb.
Bildirilir ki, ötən ilin birinçi rübündə bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aşağı 137 yerinə 133 olub. Lakin ikinci rübdə 11,3, üçüncü rübdə isə 22 faiz artıb.
2020-ci ilin sonuncu 3 ayında 156 amerikalı hərbçi özünü öldürüb ki, bu da 2019-cu ildəkindən 25 faiz çoxdur. İntihar edənlərin əsas hissəsi milli qvardiyaçılar və ehtiyatda olanlardır.
Beləliklə, 2020-ci ildə 571 amerikalı hərbi intihar edib. Bu, bir il əvvəlkindən 13,5 faiz çoxdur.
Hərbçilər arasında intiharların sayının artmasına COVID-19 pandemiyasının da təsiri olduğu bildirilir.