
ABŞ-da polis daha bir silahsız afroamerikalını güllələdi

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis əməkdaşı əlində cib telefonu olan silahsız qaradərili şəxsi vuraraq öldürüb.
APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, polis işçisi Adam Koy çağırışla bir yaşayış binasına gəlib. Zəng edən şəxs avtomobil mühərrikinin səsini eşitdiyini bildirib. Koy evlərdən birinin qarajının yaxınlığında bir afroamerikalının yaxınlaşdığını görüb. O, sol əlində cib telefonu tutubmuş, sağ əlini isə polis məmuru görə bilməyib.
Polis məmurunun hansı səbəbdən afroamerikalıya atəş açdığı hələ məlum deyil. Qaradərili Andre Moris Hill aldığı xəsarətdən yerindəcə keçinib. Baxış zamanı onun yanında silah aşkar edilməyib. Sonradan məlum olub ki, afroamerikalı yanında dayandığı evə qonaq gəlibmiş.
İnsident A.Koyun sinəsində olan kamera ilə qismən çəkilib. Səs qeydini isə o, yalnız Hilli vurandan sonra işə salıb. Polis məmuru baş verənlərlə əlaqədar xidmətdən kənarlaşdırılıb. Yerli icra orqanları faktla əlaqədar araşdırmalar aparır.

Oxşar yazılar

Çexiyanın XİN rəhbəri koronavirusa yoluxdu
18 yanvar 2021 , 20:28
Koronavirusun qorxusundan üç ay hava limanında yaşadı
18 yanvar 2021 , 19:38
Navalnı barəsində həbs qərarı verildi
18 yanvar 2021 , 18:05
Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41
SOS: Yerin temperaturu pik həddə çatacaq
17 yanvar 2021 , 08:22
ABŞ-da məhkumlara gün boyu kameralardan çıxmaq QADAĞAN EDİLİR
17 yanvar 2021 , 08:00