Bütün dünya sakinləri ilin ən parlaq tam aylarından birinı heyranlıqla seyr ediblər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu zaman ay planetimizə mümkün qədər yaxın - təxminən 357 min kilometr məsafədən keçib. O, həmişəkindən daha böyük görünüb.
“Çəhrayı" aprelin tam ayı Ayın rənginə görə deyil, ingilisdilli ölkələrin ənənələrinə görə adlanır. Bu zaman ABŞ və Kanadanın bəzi bölgələrində flamenko - yabanı çəhrayı rəngli floks çiçək açır.
Astronomlar böyük ayın aprelin 8-dən sonra daha bir neçə gecə səmada davam edəcəyinə söz verirlər.