81 yaşlı turist qadın dənizdə çimərkən qəfildən "ÜRƏYİ DAYANDI"
18 sentyabr 2021 02:26 (UTC +04:00)

81 yaşlı turist qadın dənizdə çimərkən qəfildən "ÜRƏYİ DAYANDI"

Rusiyadan olan 81 yaşlı turist qadın Kiprin Larnaka şəhəri yaxınlığındakı çimərlikdə dənizdə çimərkən qəflətən ölüb.

APA xəbər verir ki, bu barədə yerli polisiin məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə Larnakanın şimal-şərqində yerləşən Oroklini kəndinin çimərliyində - “Gold Fish” restoranının yaxınlığında baş verib.

Dənizdə üzən digər insanlar huşunu itirmiş rus qadını xilasetmə qülləsindən təxminən 300 metr aralıda tapıblar.

Xilasedicilər onu sudan çıxarıb və quruda ilkin tibbi yardım göstəriblər. Lakin cəhdlər boşa çıxıb, qadın təcili yardım maşını ilə Larnakadakı xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü təsdiq ediblər.

# 1491
avatar

Oxşar yazılar