Türkiyənin İstanbul şəhərində ağlagəlməz hadisə yaşanıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 2 uşaq anası olan qadın onu bıçaqlayan şəxslə evlənib.
Ovçular qəsəbəsində yaşayan Necla Kenar onu 7 yerindən bıçaqlayan Ümid Masatla bu il martın 25-də ailə həyatı qurub.
Məlumata görə, hadisə 2019-cu ilin aprelin 24-də olub. Ü.Masat birlikdə yaşadığı sevgilisi, 2 uşaq anası olan N.Kenara 7 dəfə bıçaq zərbəsi vurub.
Bakırkənd Ağır Cinayətlər Məhkəməsində Ü.Masata 3 il 9 ay həbs cəzası verilsə də, sonradan N.Kenar şikayətçi olmayıb və o cəzasız qalıb.