1933-cü il tarixli ABŞ-da dərc olunmuş qızıl sikkə Nyu-Yorkdakı “Sotheby's” hərrac evində 19,51 milyon dollara satılıb.
Lent.az xəbər verir ki, hərrac evi 1933-cü ildə ABŞ-ın son qızıl sikkəsi olan “İkili qartal”ı “dünyanın ən çox istənilən sikkələrindən biri” adlandırıb.
Amerikalı heykəltəraş Avqust Sent-Qodens tərəfindən yaradılan 20 dollarlıq sikkə əvvəlcədən təxmin edilən 10 milyondan 15 milyon dollara qədər olan qiyməti aşıb. O, 2013-cü ildə 10 milyon dollara satılan 1794-cü ilin gümüş dolların əldə etdiyi dünyanın ən bahalı sikkəsi rekordunu da qırıb.
1933-cü ildə dərc olunmuş “İkili qartal”lar dövriyyəyə buraxılan son Amerika qızıl sikkələridir, ancaq onlar qanuni istifadə üçün buraxılmayıb.
Elə həmin il Prezident Ruzvelt ölkə iqtisadiyyatını Böyük depressiyadan çıxarmaq üçün ABŞ-ı qızıl standartından çıxardı. Smitson İnstitutuna verilən iki sikkədən başqa bütün sikkələrin məhv edilməsi əmri verildi.