Türkiyədə son 10 ay ərzində 17 min zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.
Məlumata görə, 4 bal və ondan yüksək olan zəlzələlərin sayı 128-dir. Bildirilib ki, ilin əvvəlindən ölkədə olan 17 min zəlzələdən 2 mini son bir ayda qeydə alınıb.
Oktyabrın 11-də Osmaniyənin Düziçi rayonunda baş verən zəlzələnin gücü isə 5.1 bal olub.
Bundan əlavə, 1900-cü ildən bu yana Türkiyə və onun yaxın ətraflarında 6,5 və daha yuxarı bal gücündə 85 zəlzələ baş verib. Onlardan 20-si ölkədə ciddi insan tələfatına səbəb olub, o cümlədən binalara və infrastruktura ziyan vurub.