Yasaqlı general İranın neft naziri oldu
Nazirlər Kabinetinin qərarına əsasən, Şəhərsalma Nazirliyi Nəqliyyat Nazirliyi, Sənaye Nazirliyi Ticarət Nazirliyi , Neft Nazirliyi Energetika Nazirliyi və Sosial Müdafiə Nazirliyi İşlər Nazirliyi ilə birləşdirilib. Bunun nəticəsində dörd yeni nazirlik yaradılıb.
Bununla da İranda nazirlərin sayı 21-dən 17-dək endirilib.
İki aya yaxın idi ki yeni nazir vəzifələri boş qalmışdı. Başqa sözlə, prezidentin həmin postlara namizədlərini parlament təsdiqləmirdi.
Ötən gün İran prezidenti İnqilab Keşikçiləri Qvardiyasının generalı Rüstəm Qasimini neft sənayesi naziri təyin edib. O, əvvəllər qvardiyanın sənaye istehsalı şöbəsində çalışıb. ABŞ bu şöbəyə sanksiya tətbiq edib. Onun da adı həmin siyahıdadır.«Hatəm-ül-Ənbiya» adlanan bu şöbəyə beynəlxalq sanksiya da tətbiq edilib.
Xatırladaq ki, İran rəsmilərindən xarici işlər naziri Ələkbər Salehi Avropa Birliyinin (sonradan birlik ona qarşı sanksiyanı ləğv etdi), müdafiə naziri Əhməd Vahidi ABŞ və Avropa Birliyinin, atom enerji təşkilatının başçısı Firudin Abbasi-Davani isə ABŞ, AB və BMT-nin qadağalarına məruz qalıb.
İndiyə qədər neft sənayesi naziri vəzifəsini müvəqqəti olaraq, Məhəmməd Əliabadi icra edirdi. Mahmud Əhmədinejad bu nazirliyi öz nəzarətinə keçirmək istəsə də son nəticədə parlamentin müqaviməti ilə üzləşmişdi.
General Rüstəm Qasiminin namizədliyi avqustun 3-də ölkə parlamentində müzakirə olunacaq.
Mahmud Əhmədinejad Mehdi Qəzənfərini sənaye, mədən və ticarət naziri, gənclər və idman naziri vəzifəsinə Məhəmməd Abbasini, sosial təminat naziri postuna isə Həmdülrza Şeyxülislamini təyin edib.
Sədrəddin Soltan

481