Çaves xərçəngdən müalicə olunmaq üçün yenə Kubaya gedir
Venesuela prezidenti Uqo Çaves parlamentə müraciət edərək xərçəng xəstəliyi ilə bağlı müalicə kursunu davam etdirmək üçün Kubaya getməsinə icazə verilməsini istəyib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Uqo Çaves yaxın günlərdə kimyəvi müalicə kursuna başlamaq niyyətində olduğunu söyləyib.
Qeyd edək ki, Uqo Çaves Venesuelaya ölkənin İspaniya əsarətindən qurtarmasının 200-cü ildönümü ilə bağlı keçirilən tədbirlər ərəfəsində Kubadan qayıdıb. Buna qədər o, bir ay bədxassəli şişin götürülməsi ilə bağlı üzərində cərrahi əməliyyatın keçirildiyi Kubada müalicə olunub.

799