Qondarma respublikanın qondarma baş nazirinin qondarma prezidentlik arzusu
08 iyul 2011 15:57 (UTC +04:00)

Qondarma respublikanın qondarma baş nazirinin qondarma prezidentlik arzusu

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Tiflis Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirən Sergey Şamba sonradan Abxaziya Dil, Ədəbiyyat və Tarix İnstitutunda çalışıb.

Sergey Şamba 1992-1993-cü illərdə gürcü-abxaz müharibəsi zamanı tanınmamış Abxaziyanın müdafiə nazirinin müavini olub, müharibədən sonra ehtiyata çıxıb. O, 1997-ci ildə müdafiə naziri təyin olunub və 2010-cu ildə baş nazir təyin edilənə qədər bu vəzifəni tutub. Sergey Şamba 2004-cü ildə keçirilən prezident seçkilərində seçicilərin 10 faiz səsini toplayaraq 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Sergey Baqapşın ölümü ilə bağlı Abxaziyada avqustun 26-da növbədənkənar prezident seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar