Rusiyadakı dəhşətli qəzanın səbəbi məlum oldu
21 iyun 2011 10:24 (UTC +04:00)

Rusiyadakı dəhşətli qəzanın səbəbi məlum oldu

Moskva-Petrozavodsk reysi ilə uçan “Tu-134” tipli təyyarənin qəzaya uğramasının səbəbi təyyarənin Petrozavodsk limanına enən zaman elektrik ötürücü xətti zədələməsi olub. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Petrozavodsk aeroportunun direktoru söyləyib.

O deyib ki, bu səbəbdən də bir neçə dəqiqə ərzində eniş xəttində işıqlandırma sistemi işləməyib. Bir neçə dəqiqə sonra qəza vəziyyəti üçün nəzərdə tutulan işıqlandırma sistemi işə salınsa da, təyyarə hava limanı yaxınlığında avtomobil yoluna düşüb.

Qeyd edək ki, dünən gecə saat 23;40 radələrində baş verən qəza zamanı 44 nəfər həyatını itirib, 8 nəfər ağır yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar