Gürcüstanda hakimiyyətin zorla dəyişdirilməsi üçün keçirilən aksiyalar qadağan olunur
Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı aksiyaların keçirilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini Gürcüstan parlamentindəki çoxluq hazırlayıb. Qanun layihəsi ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlik, eyni zamanda milli, dini və sosial qarşıdurmaların yaradılması ilə bağlı aksiyaların qadağan edilməsini də nəzərdə tutur. Qanun layihəsi parlamentin iyunun 21-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.
424