Gürcü katolikosu erməni katolikosuna ağıl verib
Gürcü katolikosu, patriarx II İliya və bütün ermənilərin katolikosu II Qaregin Gürcüstan və Ermənistan kilsələrinin əməkdaşlığı ilə bağlı razılığa gəliblər. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, II İliya deyib ki, II Qaregin görüş zamanı Ermənistanın Gürcüstanda kilsə açmaq istədiyini bildirib.
II İliya isə Ermənistanda gürcü kilsəsinin açılmasını təklif edib: “Razılaşdıq ki, əməkdaşlıq edək. Gürcüstan kilsəsi hamı üçün açıqdır, ancaq gürcü xalqının və Gürcüstan dövlətinin maraqlarına toxunulmasına yol verilməyəcək. II Qaregin cavandır, ona hələ təcrübə toplamaq lazımdır. O, ağıllıdır, ancaq hər şeyi sürətlə etmək istəyir və alınmır. Mən ona dedim ki, böyük təcrübəyə malikəm, sakitlik hər şeydən yaxşıdır”.
Gürcüstan mətbuatı yazıb ki, II Qaregin iyunun 15-də Gürcüstana səfəri zamanı Gürcüstanda 4 qədim erməni kilsəsinin fəaliyyətinin bərpa olunmasını istəyib. Gürcüstan tərəfin də bunun müqabilində Ermənistan ərazisindəki qədim gürcü kilsələrinin fəaliyyətinin bərpa olunmasını təklif edib.

447