Xarici işlər naziri gecə küçədə yatdı, 2,9 milyon avro toplandı...
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kevin Rudd və şirkət prezidentləri kampaniya ilə bağlı gecəni paytaxt Sidneyin küçələrində keçiriblər. Xarici işlər naziri və şirkətlər rəhbərləri ictimaiyyətin yardım toplanması kampaniyasında aktiv iştirakına nail olmaq üçün gecəyarısı küçələrdə yatıblar. Kampaniya sayəsində evsizlərə yardım edən “St Vincent de Paul” adlı qurum üçün 2,9 milyon avro toplanıb.
Qeyd edək ki, Avstraliyada 100 min evsiz insan var və onların yarısı küçələrdə yaşayır.
Qeyd edək ki, Avstraliyada 100 min evsiz insan var və onların yarısı küçələrdə yaşayır.
471