Strateji toy...
17 iyun 2011 17:27 (UTC +04:00)

Strateji toy...

Bəhreyn kralının oğlu Xalid ben Hamad bin İsa əl-Xəlifə Səudiyyə Ərəbistanı kralı Abdall ibn Abdel Əziz əs-Səudun qızlarından biri ilə evlənir. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, gələcək ər və arvad artıq nikah müqaviləsi imzalayıblar.

Nikah müqaviləsinin imzalanması mərasimində Bəhreyn hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Nişanlı qız tərəfindən mərasimdə kimlərin iştirak etdiyi isə açıqlanmır. Toy mərasiminin nə vaxt təşkil olunacağı və Səudiyyə Ərəbistanı kralının hansı qızının Bəhreyn kralının oğlu ilə evləndiyi də açıqlanmır. Abdall ibn Abdel Əziz əs-Səudun Fahda, Aliyə, Adilə, Nuf, Sita, Sayfa, Abir və Sara adlı 8 qızı var. Xalid ben Hamad bin İsa əl-Xəlifə isə Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifənin 5-ci oğludur. Bəhreyn kralının 7 oğlu, 5 qızı var.

Bu, “strateji toy” sayılır. Çünki məhz Səudiyyə Ərəbistanının ordusu Bəhreyndə hakimiyyət dəyişikliyi tələbi ilə şiə çoxluğun keçirdiyi aksiyaların yatırılmasında həlledici rol oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar