Ən böyük tıxacların olduğu şəhərlərin reytinq siyahısı açıqlandı
Lent.az-ın “RBK daily” nəşrinə istinadən verdiyi məlumata görə, 15 şəhərin adının olduğu siyahıda ilk yerdə Braziliyanın San-Paul şəhəri qərarlaşıb.
Bu şəhərdə qeydə alınan tıxacların uzunluğu 265 kilometrə çatıb. Son 3 ildə də bu şəhərdə tıxaclarla bağlı problemin həllində irəliləyiş yoxdur. İkinci yerdə olan Pekində 2010-cu ildə tıxacların uzunluğu 100 kilometri keçib.
MDB məkanından reytinq siyahısına Moskva daxil olub. Moskva dünyada tıxac probleminə görə 8-ci yerdədir. Siyahını Polşanın Vrotslav şəhəri qapayır. ABŞ-ın paytaxtı Vaşinqton isə 14-cü yerdədir. Nyu-York və Los-Ancelsdə tıxac problemi isə daha ciddidir.
Avropada tıxac problemindən daha çox Varşava, Paris və Brüssel əziyyət çəkir. Varşava Avropada ən məskunlaşmış şəhərlərdən biri olsa da, bu meqapolisdə hələ də dairəvi yol tikilməyib. Paris sakinləri isə hər il ömürlərinin 70 saatını tıxaclarda keçirirlər.
Afrikadan isə bu siyahıya Yohannesburq şəhəri daxil olub. Cənubi Afrika Respublikasının bu böyük meqapolisində son 3 ildə tıxaclarla bağlı problem daha da ağırlaşıb.
Hindistanın Yeni Dehli, Meksikanın Mexiko şəhərləri də ciddi tıxac problemi ilə üzləşən şəhərlər sırasındadır.

648