Qəddafi Liviyada seçki keçirməyi təklif etdi
16 iyun 2011 15:16 (UTC +04:00)

Qəddafi Liviyada seçki keçirməyi təklif etdi

Lent.az-ın verdiyi məlumata görə, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam söyləyib.

Seyf əl-İslam deyib ki, 3 ay ərzində, maksimum ilin sonuna kimi bu seçkiləri keçirmək mümkündür. Onun sözlərinə görə, seçkiöncəsi kampaniyanı və səsverməni Avropa Birliyinin, Afrika Birliyinin, BMT və NATO-nun təmsilçiləri izləyə bilərlər. Seyf əl-İslam qeyd edib ki, seçki maksimum ədalətli keçirilməli, hər hansı saxtakarlığa yol verilməməlidir.

O, liviyalıların əksəriyyətinin atasını dəstəklədiyinə şübhə etmədiyini vurğulayıb: “Qiyamçı islamçı fanatiklər, terrorçular, xaricdən göndərilən muzdlular Fransa prezidenti Nikolya Sarkozinin sifarişi ilə hərəkət edirlər”. Seyf əl-İslam bir daha təkrar edib ki, atası Liviyanı heç vaxt tərk etməyəcək, bu torpaqlarda dünyaya göz açdığı kimi bu torpaqlarda da dəfn olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar