Rasmussen avropalı müttəfiqlərdən şikayətləndi
16 iyun 2011 14:59 (UTC +04:00)

Rasmussen avropalı müttəfiqlərdən şikayətləndi

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Anders Foq Rasmussen NATO-ya hər zamankından daha çox ehtiyac olduğunu, ancaq Avropa ölkələrinin hərəkətə keçməsinin və müdafiə xərclərini artırmasının vacibliyini vurğulayıb.

ABŞ müdafiə naziri Robert Qeytsin Avropada müdafiə büdcələrinin azalmasıyla bağlı narahatlıqlarını bölüşdüyünü bildirən Anders Foq Rasmussen bunun NATO-nun hərbi fəaliyyətlərinin təsirini azalda biləcəyini söyləyib. O, avropalı müttəfiqlərin sürətlə azalan təchizatı qarşısında ABŞ-ın Liviya əməliyyatları üçün daha çox ləvazimat təmin etdiyini bildirib. Baş katib NATO-nun gələcək 3 ayda Liviya əməliyyatını yüksək tempdə davam etdirməsi üçün lazımi təchizata malik olduğunu, ancaq hava hücumlarında yalnız 8 ölkənin iştirak etməsinin narahatlıq yaratdığını dilə gətirib.

Hələ rəsmən elan edilməsə də, Pentaqondan sızan məlumatlara görə, aprel ayına qədər Liviya əməliyyatı üçün 608 milyon dollar xərclənib. Mütəxəssislər sentyabr ayına qədər əməliyyatlar davam edəcəyi təqdirdə təxminən 1,5 milyard dollar xərclənəcəyini, Fransanın hər gün 1 milyon avro xərclədiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar