İslandiyanın yeni konstitusiyası internet vasitəsilə yazılır
14 iyun 2011 19:12 (UTC +04:00)

İslandiyanın yeni konstitusiyası internet vasitəsilə yazılır

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkənin əsas qanun normalarının tərtib olunması Konstitusiya Şurasına internet vasitəsilə müraciət edən vətəndaşların iştirakı ilə həyata keçirilir.

Vətəndaşlar öz təkliflərini Şuraya “Facebook” vasitəsilə (320 min islandiyalının üçdə ikisi “Facebook” istifadəçisidir) və ya qurumun internet saytında qeydiyyatdan keçməklə göndərə bilərlər. Kiçik yoxlamadan sonra müəyyən təklif və rəy müzakirə mövzusuna çevrilir. Vətəndaşların Şura ilə ünsiyyəti üçün “Flickr”, “Twitter” və “YouTube” resurslarından da istifadə olunur. Çox güman ki, həm parlament, həm ümumxalq referendum yolu ilə təsdiqlənəcək konstitusiya layihəsinə artıq daxil olmuş istifadəçi kontenti arasında mal-qara ilə “insaflı” davranış mövzusu var.

Layihədə vətəndaşların ekoloji təmiz ətraf mühitdə yaşamaq, hökumətin bütün sənədlərinə çıxış əldə etmək hüquqları qeydə alınıb. Bundan əlavə, sənəddə qeyd olunur ki, İslandiyanın ehtiyatlarının sahibi xalqdır.

Qeyd edək ki, 2010-cu ilin sonunda bu ölkədə yeni konstitusiya yazmaq üçün xüsusi səsvermə yolu ilə 25 nəfər (10 qadın və 15 kişi) seçilib.

Aprelin 6-da başlanan Konstitusiya Şurasının iclasları birbaşa qurumun saytı və “Facebook”-dakı səhifəsi vasitəsilə yayımlanır. İslandiyalılar hazırkı konstitusiyalarından razı deyillər . Onlar hesab edirlər ki, onların əsas qanun toplusu Danimarka konstitusiyasının bir qədər dəyişdirilmiş variantıdır. İslandiya Respublikasının konstitusiyası 1920-ci ildə qəbul olunub. Lakin ölkə yalnız 1944-cü ildə Danimarkadan müstəqillik qazana bilib və həmin vaxt onun əsas qanun toplusunda xeyli dəyişikliklər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar