İran 50 kiloqramdan artıq uranı 20 faiz zənginləşdirib
İran artıq 50 kiloqramdan artıq uranı 20 faiz zənginləşdirib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) nümayəndəsi Əli Əsgər Soltani söyləyib.
O deyib ki, İranın uranın zənginləşdirilməsi prosesini sürətləndirməsi və zənginləşmiş uranın kütləsini 50 kiloqramdan 120 kiloqrama çatdırılması lazımdır. Əli Əsgər Soltaninin sözlərinə görə, bu, Tehrandakı təhqiqat reaktorunda tibbi radioaktiv izotopların istehsalı üçün lazımdır.
Bu arada İran “Şahin” raketləri üçün orta mənzilli “Mersad” sistemini uğurla sınaqdan keçirdiyini açıqlayıb. General Farzad İsamili bildirib ki, bu sistem artıq İran Hava Hücumundan Müdafiə Qüvvələrinin ixtiyarına verilib. Bu sistem düşmənin təyyarə və vertolyotlarını 150 kilometrədək məsafədə aşkarlamağa və məhv etməyə qadirdir.

436