Türkiyədən Qəddafiyə təminat
Türkiyə Liviya lideri Müəmmər Qəddafiyə ölkəni tərk etməsi qarşılığında təminat verib. Lent.az-ın AFP-yə istinadən məlumatına görə, bu barədə iyunun 10-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Qəddafinin Liviyanı tərk etməkdən başqa yolu yoxdur. “Biz ona demişik ki, hara arzulayırsa, oraya da göndərə bilərik” – deyə baş nazir bildirib.
“Onun cavabından asılı olaraq, biz bu məsələni öz müttəfiqlərimizlə (NATO üzrə) müzakirə edəcəyik. Ancaq təəssüf ki, biz hələ ki ondan heç bir cavab almamışıq” – deyə, Ərdoğan əlavə edib.
Ərdoğan Qəddafiyə məhz hansı təminatın verildiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, iyunun 9-da ABŞ, Fransa, Böyük Britaniya, Qətər, BƏƏ-nin də daxil olduğu 22 dövlətdən ibarət Liviya üzrə təmas qrupu Liviya müxalifətindən tələb edib ki, Qəddafinin öz postundan getməsindən sonrakı dövr üçün fəaliyyətlərinin müfəssəl planını təqdim etsinlər.
İyunun 7-də, 69 yaşının tamam olması münasibətilə liviyalıları müraciət edən Qəddafi bəyan etmişdi ki, öz postundan getməyə hazırlaşmır. O, özünün fiziki məhvinin mümkünlüyünü də istisna etməyib və bildirib ki, bu əzablar təslim olmaqdan milyon dəfə yaxşıdır.

Oxşar yazılar

Musson yağışları 242 nəfərin həyatına son qoydu
22 iyul 2025 , 23:09
Qadın eyni anda iki qardaşla evləndi
22 iyul 2025 , 18:04
Kommunist partiyasının sədrinin nəvəsi intihar etdi
22 iyul 2025 , 17:50
Kassir 2.4 milyon oğurlayıb plastik əməliyyata xərclədi
22 iyul 2025 , 15:12
Pələnglər 2 saata 3 nəfəri parçaladı
22 iyul 2025 , 12:18
60-dan çox eşşək arısı 2 yaşlı uşağı öldürdü
22 iyul 2025 , 11:06
Timsahlar valideynlərin gözü önündə uşağı parçaladı
22 iyul 2025 , 10:51