Liviyada NATO vertolyotu vuruldu
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Liviya Dövlət Televiziyası vertolyotun dənizə düşdüyü barədə xəbər yayıb.
Liviya Dövlət Televiziyası bunun NATO-nun hava hücumlarının başladığı mart ayından indiyə qədər vurulan üçüncü vertolyot olduğunu bildirib.
Qeyd edək ki, iyunun 9-dan 10-a keçən NATO qırıcı təyyarələri Liviyanın paytaxtı Tripolini növbəti dəfə bombalayıb. Tripolinin mərkəzində 3 böyük partlayış baş verib, daha sonra şəhər ətrafında partlayışlar olub.
Bu arada Norveç avqustun 1-dən Liviyadakı hərbi əməliyyatlarda iştirakını tamamilə dayandıracağını açıqlayıb. Hazırda Norveçin 6 qırıcı təyyarəsi əməliyyatlarda iştirak edir.

2756