MHP-nin seks kaseti qalmaqalında şok olay
08 iyun 2011 18:07 (UTC +04:00)

MHP-nin seks kaseti qalmaqalında şok olay

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Yusif Ziya Arpacıkın evində gizli çəkilişlər aparmaq üçün nəzərdə tutulan kameralar tapıldığı bildirilir.

Xatırladaq ki, gizli çəkilmiş seks kasetləri səbəbindən MHP-nin rəhbərliyində yer alan 10 nəfər istefa verib. Yusif Ziya Arpacık MHP lideri Dövlət Baxçalının Diyabəkirdə keçirdiyi mitinqdən əvvəl təxribat törədəcəyi iddiası ilə saxlanılan 11 nəfərdən biridir.

Qeyd edək ki, əslən Ərzurumdan olan Yusif Ziya Arpacık Türkiyədə ülküçü hərəkatın əfsanə adlarından biridir. O, 1970-1980-ci illərdə fasilələrlə 10 il həbsdə olub, hər dəfə də həbsxanadan çıxdıqdan sonra ülküçü hərəkatda fəal iştirakı ilə fərqlənib. Həbsxanada olduğu müddətdə ingilis, ərəb, fransız və rus dillərini öyrənib. O, Azərbaycan torpaqları işğala məruz qaldığı dönəmdə erməni işğalçıları ilə mübarizəyə qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757

Oxşar yazılar