Dağıstanda məşhur din xadimi güllələndi
08 iyun 2011 10:21 (UTC +04:00)

Dağıstanda məşhur din xadimi güllələndi

İyunun 7-də axşam saat 21:40 radələrində naməlum şəxslər Mahaçkalada Teologiya İnstitutunun rektoru Maksud Sadikov və onun bacısı oğlu Zəlimxan Musayevi güllələyiblər. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Maksud Sadikov və Zəlimxan Musayev yaşadıqları binanın girişində tapançadan açılan atəşlə qətlə yetiriliblər.


Maksud Sadikov və Zəlimxan Musayevi müşayiət edən şəxs isə xəsarət almayıb. Onların yaşadıqları bina Dağıstan Müsəlmanları İdarəsinin yaxınlığında yerləşir. Maksud Sadikov Dağıstanda ictimai və dini xadim kimi məşhur olub. O, keçən ilin oktyabrında həccə gedən qrupun rəhbəri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar