Qəddafi: “Şəhid olmaq təslim olmaqdan milyon dəfə yaxşıdır”
İyunun 7-də Liviya dövlət Televiziyası Liviya prezidenti Müəmmər Qəddafinin vətəndaşlara və müxalifətə audiomüraciətini yayıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, iyunun 7-də 69 yaşı tamam olan Müəmmər Qəddafi müraciətində bir daha istefa verməyə hazırlaşmadığını bəyan edib.
Müəmmər Qəddafi düşmənlərinə də meydan oxuyub: “Siz heç vaxt bizə – silahlı xalqa qalib gələ bilməyəcəksiniz. Biz ölümü də salamlayırıq! Şəhid olmaq təslim olmaqdan milyon dəfə yaxşıdır”.
Liviya prezidenti tərəfdarlarını iqamətgahı ətrafına toplaşmağa çağırıb. Müəmmər Qəddafinin çağırışından sonra Tripoli şəhərində sevinci bildirən atəş səsləri eşidilib.
Bu arada Müəmmər Qəddafinin qızı Aişə Qəddafi NATO-nu məhkəməyə verib. İddia ərizəsi Paris və Brüsseldəki məhkəmələrə təqdim olunub. Aişə Qəddafi NATO-nun aviazərbələri nəticəsində Müəmmər Qəddafinin oğlu və 3 nəvəsinin həlak olmasını siyasi cinayət kimi dəyərləndirilməsini istəyir.

628