Məscidə gələnlərin ayaqqabılarına donuz əti qoyan şəxs həbs edildi
07 iyun 2011 22:20 (UTC +04:00)

Məscidə gələnlərin ayaqqabılarına donuz əti qoyan şəxs həbs edildi

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, 30 yaşlı rasist bundan əlavə məscidin kandarına donuz da bağlayıb. Lakin onun hərəkətinin üstü tez açılıb və həbs edilib. Polisə ifadəsində o, bildirib ki, niyyəti müsəlmanların haram saydıqları donuz ətinə toxunmasıdır. Ceym Noulson müsəlmanlarla heç bir probleminin olmadığını, sadəcə olaraq zarafat etdiyini deyib.

Məhkəmə qərarı ilə o, müsəlmanlardan üzr istəyib və 6 ay şərti olaraq azadlıqdan məhrum edilib. Bundan əlavə o, 15 saat ictimai işə də cəlb edilib.

Müsəlman icması şikayətçi olacağı təqdirdə, Noulson həyatının 2 ilini məhbəsdə keçirəcəkdi.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar