Salehin bədəninin 40 faizi yanıb
İyunun 3-də Prezident Sarayı Kompleksindəki məsciddə olarkən müxalifətdə olan Xaşid tayfasının silahlı üzvlərinin atdıqları mərmi nəticəsində Yəmən prezidenti Əli Abdulla Salehin bədəninin dərisinin 40 faizi yanıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Əli Abdulla Salehin yanıq xəsarəti ağır sayılmır.
Hazırda Yəmən prezidenti Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərindəki hərbi hospitalda müalicə alır. Əli Abdulla Salehin səlahiyyətlərini vitse-prezident Abu-Rabb Mansur Xadi yerinə yetirir. Dünən Yəmən Daxili İşlər Nazirliyi prezidentin yaxın günlərdə ölkəyə dönəcəyini bəyan edib.
Yəmən müxalifəti isə Əli Abdulla Salehi paytaxta buraxmaq niyyətində deyil. İslah Partiyası bəyan edib ki, Əli Abdulla Salehin Yəməni tərk etməsi onun tiran korrupsiya rejiminin sonunun başlanğıcıdır.

466