“Fukusima-1” AES-də radiasiyanın səviyyəsi 2 dəfə yüksək olubmuş!
Bu gün Yaponiyanın Nüvə və Sənaye Təhlükəsizliyi Agentliyi “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) qəzadan sonrakı ilk gündə atmosferə sızan radiasiyanın səviyyəsi iilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, qəzadan sonrakı ilk gündə AES-də radiasiya sızması 770 terabekkreley olub.
İkinci enerji blokundan sızan təhlükəli radioaktiv maddələrin həcminin düşünüləndən 2 dəfə çox olduğu üzə çıxıb. O da məlum olub ki, “Fukusima-1” AES-in 3 zədələnmiş reaktorundan hələ birinci mərhələdə nüvə yanacağı sızıb.

450