İqtisadi məsləhətçisi Obamanı tərk etdi
07 iyun 2011 11:23 (UTC +04:00)

İqtisadi məsləhətçisi Obamanı tərk etdi

İyunun 6-da ABŞ administrasiyasında İqtisadiyyat Şurasının sədri postunu tutan Ostan Qulsibi istefa verib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ostan Qulsibi Çikaqo Universitetində professor kimi fəaliyyətini davam etdirmək niyyətindədir.

O, Barak Obama administrasiyasında çalışana qədər 14 il Çikaqo Universitetində işləyib. Ostan Qulsibinin istefasının səbəbləri və onun yerinə kimin gələcəyi açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar