Braziliyada son 25 ildə ən böyük sel fəlakəti
07 iyun 2011 10:15 (UTC +04:00)

Braziliyada son 25 ildə ən böyük sel fəlakəti

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, çayda suyun səviyyəsi 10 metrə çatıb və bu, çayda 1976-cı ildə qeydə alınan rekord səviyyədən 0,5 metr çoxdur.

Rorayma ştatında subasma nəticəsində onlarla yaşayış qəsəbəsi ətraf aləmdən tamamilə təcrid olunub. 7 yaşayış qəsəbəsi tamamilə suyun altında qalıb. Rorayma ştatının mərkəzi Boa-Vista şəhərində fövqəladə vəziyyət elan olunub.

Rorayma ştatının əsas avtomagistralı sürüşmə təhlükəsi ilə bağlı nəqliyyat üçün bağlanıb. Yerli hakimiyyət Riu-Branku çayı üzərindəki əsas körpünün dağıla biləcəyi barədə xəbərdarlıq edib. Artıq körpü üzərindən keçən dəmiryolunda 16 santimetr ölçüdə çat yaranıb.

Rorayma ştatının rəhbərliyi təbii fəlakətlə mübarizə üçün Braziliya ordusuna müraciət edib. Ştata dəyən ziyan və tələfat barədə hələ açıqlama verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar