Fransa “erməni soyqırımı”nı rədd etdi
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, qanun layihəsi qəbul edilməyib.
Müxalifətdə olan Sosialist Partiyasının təşəbbüsü ilə keçirilən iclas saat 17:30 radələrində başlayıb. Səsverməyə qatılan 290 senatordan 196-sı layihənin rədd edilməsi ilə bağlı Senatın Konstitusiya Komissiyası tərəfindən hazırlanan təklifi dəstəkləyib. 20 senator bitərəf qalıb.
Qeyd edək ki, Senatın Konstitusiya Komissiyası aprelin 13-də qanun layihəsinin rədd edilməsi barədə qərar verib. Komissiyanın qərarında qeyd olunub ki, qanunverici orqan tarix yazmamalıdır və layihə Fransa Konstitusiyasına və ifadə azadlığına ziddir. Eyni zamanda qanun layihəsi qəbul olunarsa, Türkiyə-Fransa münasibətlərinə ciddi mənfi təsir göstərəcəyi vurğulanıb.
Fransa parlamentinin alt palatası olan Nümayəndələr Məclisi qondarma “erməni soyqırımı” layihəsini 13 noyabr 2006-cı ildə qəbul edib. Ancaq Senatın rədd etməsi ilə qanun layihəsi arxivə atılıb. Bu layihə qəbul edilərdisə, Fransada qondarma “erməni soyqırımı”nı inkar etmək cinayət sayılacaqdı. Belə şəxsləri 1 il azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyirdi.
Xatırladaq ki, Fransa 2001-ci ildə qəbul etdiyi bir qanunla qondarma erməni soyqırımını rəsmən tanıyıb.

495