Türkiyə öz tankını istehsal edəcək – FOTO
Lent.az-ın xəbərinə görə, müdafiə naziri Vecdi Könül tankın mayın 10-da İstanbulda keçiriləcək İDEX-2011 sərgisində təqdim ediləcəyini bildirib. 500 milyon dollarlıq layihə çərçivəsində 4 prototip hazırlanacaq və bunlar 2015-ci ilədək orduya təhvil veriləcək.
Türkiyənin Müdafiə Sənayesi Katibliyi “Otokar” şirkəti ilə 2007-ci ildə tank hazırlanmasına dair saziş imzalayıb. Tenderdə Cənubi Koreyanın “Hyundai” və Almaniyanın “KMW” şirkəti də iştirak edib.
“Hyundai” şirkəti tenderin qalibi olub və “K-2 Black Panther” tanklarının istehsal texnologiyasının da Türkiyəyə verilməsi qərara alınıb. “Altay” gələcəkdə türk ordusunun arsenalındakı alman modeli “Leopard 1A/2A” və Ammerikan istehsalı “M48” və “M60”ları əvəz edəcək.
60 tonluq “Altay” tankı 120 mm-lik top, 12.7 mm-lik pulemyot və “Aselsan” naviqasiya sistemləri ilə təchiz ediləcək. Maksimal sürəti 70 km/saat olan tankın maya dəyəri 5.5 milyon dollar təşkil edəcək.
Vüqar

727