Sakit okeanda vəziyyət gərgindir
Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyası yaxınlığında Sakit okeanın təkində radiasiya səviyyəsi normadan 100-1000 dəfə çoxdur. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə AES-in operatoru olan TEPCO şirkəti açıqlama yayıb.
Təhqiqat okean təkində, müxtəlif nöqtələr olmaqla, 20-30 metr dərinlikdə aparılıb. Mütəxəssislər hesab edirlər ki, bu, AES-in zədələnmiş drenaj sistemindən hələ də Sakit okeana güclü radiasiya təsirinə məruz qalmış suyun axdığını göstərir. Reaktorlarda və AES-in çatlamış hovuzunda hazırda 87 min 500 ton güclü radiasiya təsirinə məruz qalmış su var.

406