Rusiyada heroin satan azərbaycanlılara ağır cəza verildi
04 may 2011 10:23 (UTC +04:00)

Rusiyada heroin satan azərbaycanlılara ağır cəza verildi

Rusiyanın Uxta şəhər məhkəməsi Vladimir Kononov və Azərbaycan əsilli Şamil Məmmədov və Elçin Paşayev haqqında hökm çıxarıb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hər 3 şəxs 2010-cu ilin yayında Uxta şəhərində heroin satışı işə məşğul olduqları üçün saxlanılıb.

Həmin ilin iyun ayında Elçin Paşayev Uxta şəhərinə 100 qram heroin gətirib. O, bunu şəxsiyyəti müəyyənləşdirilməyən Kirov sakinindən alıb. Vladimir Kononov, Şamil Məmmədov və Elçin Paşayevin birlikdə narkotik vasitəni paketlərə ayırıblar. Uxta şəhərinin 2 sakini bu şəxslərdən heroin alıb və onlar sonradan polis tərəfindən saxlanılıb. Araşdırma nəticəsində narkotacirlər yaxalanıblar.

Məhkəmə Azərbaycan əsilli şəxsləri sərt cəzalandırıb. Şamil Məmmədov 15 il, Elçin Paşayev 10 il azadlıqdan məhrum edilib. Vladimir Kononov isə 9 il azadlıqdan məhrum olunub. Onlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar