ABŞ: Bin Ladenin arvadı yaralanıb, amma ölməyib
ABŞ “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin ölümündən sonra çəkilən fotoşəkilləri yayımlamaqdan çəkinir.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Jay Carney deyib ki, bu, həssas məsələdir və fotoşəkillərin yayımlanmasının ABŞ-ın maraqlarına xeyir gətirəcəyi, yoxsa ziyan vuracağı hələ müzakirə olunur.
Jay Carney bildirib ki, Üsamə bin Ladenin ölü halda çəkilən fotoşəkilləri qorxunc görünür və yayımlandığı halda təhrikedici ola bilər. O, bu məsələnin ən uyğun şəkildə həll edilməsi üzərində düşündüklərini söyləyib.
Ağ Evin sözçüsü amerikalı hərbçilərin keçirdiyi əməliyyat zamanı Üsamə bin Ladenin silahsız olduğunu da açıqlayıb: “Üsamə bin Laden və ailəsi binanın ikinci və üçüncü mərtəbəsində olub. ABŞ hərbçilərinə müqavimət göstərsə də, silahsız olub”.
“Əl-Qaidə” lideri silahsız olduğu haldan niyə öldürüldüyü barədə suala cavab olaraq isə Jay Carney bildirib ki, binada bir çox silahlı adam olub və şiddətli atışma baş verib: “Üsamə bin Laden silahsız olduğu halda amerikalı hərbçilərə müqavimət göstərdiyi üçün öldürülüb. Müqavimət göstərmək üçün mütləq silah lazım deyil”.
O, Üsamə bin Ladenin cəsədinin dəfn üçün islam qaydalarına uyğun hazırlandığını təkrarlayıb. Ağ Evin sözçüsü binanın birinci mərtəbəsindəki bir qadının hücum zamanı həyatını itirdiyini, Üsamə bin Ladenin arvadının isə ayağından yaralandığını, ancaq ölmədiyini də qeyd edib.

414