49 milyard dollar!
Yaponiya hökuməti “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) qəzaya uğraması nəticəsində əhaliyə ödənməli olan kompensasiyanı hesablayıb. Lent.az-ın “Asaxi” qəzetinə istinadən verdiyi məlumata görə, qəzadan zərər çəkən əhaliyə 49 milyard dollar kompensasiya ödənilməlidir.
Bu kompensasiyanın yarısını AES-in operatoru olan TEPCO şirkəti ödəməlidir. Hökumət hələ AES qəzasından zərər çəkmiş insanların sayını açıqlamayıb. Kompensasiya 2011-ci ildən başlayaraq hissə-hissə əhaliyə veriləcək. TEPCO şirkəti isə onun payın düşən kompensasiya məbləğini ödəmək üçün satdığı enerjinin qiymətini 16 faiz artırmalıdır. TEPCO ilə birlikdə, bu kompensasiyanın ödənilməsində digər enerji şirkətləri də iştirak edəcəklər.

504