Bin Ladeni ölümə aparan şəxsin adı məlum oldu
03 may 2011 14:39 (UTC +04:00)

Bin Ladeni ölümə aparan şəxsin adı məlum oldu

0
Lent.az-ın verdiyi məlumata görə, “CNN” telekanalı anonim diplomatik mənbələrə istinadən bu məlumatı yayıb.

Diplomatik mənbə Əbu Əhmədin şəxsiyyəti haqqında başqa bir məlumat verməyib. Ancaq Əbu Əhməd adlı küveytlinin adı “WikiLeaks” saytının yaydığı məxfi sənədlərdə var. Quantanamo həbsxanasındakı məhbuslar ifadələrində bildirirlər ki, Əbu Əhməd Xalid Şeyx Məhəmmədə qarşı həyata keçirilən sui-qəsdin təşkilatçısı hesab olunur. O, bir müddət Üsamə bin Ladenin göstərişlərini terror təşkilatına çatdırılmasında əlaqələndirici şəxs funksiyasını yerinə yetirib, daha sonra isə Üsamə bin Ladenlə birlikdə gedib.

Qeyd edək ki, amerikalı hərbçilər Üsamə bin Ladenin olduğu evə hücum edərkən Əbu Əhməd və qardaşının öldürüldüyü bildirilib. Ancaq bu xəbər rəsmi olaraq təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar