Qəddafi, Mübarək və bin Əlinin gizli hesabları tapıldı
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə xarici işlər naziri Lars Knuxel məlumat verib. Müəmmər Qəddafi ilə bərabər, Misirin sabiq prezidenti Hüsnü Mübarək və Tunisin devrilmiş prezidenti Abidin bin Əliyə məxsus hesablar da tapılıb. Hüsnü Mübarəkin hesabında 410 milyon frank, Abidin bin Əlinin hesabında 60 milyon frank var. İsveçrə xarici işlər naziri bu şəxslərin hesablarının olduğu bankın adını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Misir və Tunis sabiq prezidentlərin hesablarındakı vəsaitlərin bu ölkələrə qaytarılması ilə bağlı İsveçrə hökumətinə müraciət edib.
Qeyd edək ki, Misir və Tunis sabiq prezidentlərin hesablarındakı vəsaitlərin bu ölkələrə qaytarılması ilə bağlı İsveçrə hökumətinə müraciət edib.
467