“Qanuni oğru”ların Ermənistan görüşü baş tutmadı
02 may 2011 16:32 (UTC +04:00)

“Qanuni oğru”ların Ermənistan görüşü baş tutmadı

Lent.az-ın “Aykakan jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistan hüquq-mühafizə orqanları bu yığıncağın keçirilməsinə mane olub.

Hüquq-mühafizə orqanları yığıncaq iştirakçılarını qanunsuz silah saxlamaq və narkotik vasitə ittihamı ilə həbs etməyə qərar verib. “Qanuni oğru”lar da bundan xəbər tutub, yığıncağı təxirə salıblar və yaxın vaxtlarda Ermənistana toplaşmaq niyyətində deyillər. Qəzet yazır ki, “qanuni oğru”ların yığıncaqlarını təxirə salmasında siyasi amil də rol oynayıb. Çünki Ermənistan müxalifəti hakimiyyəti kriminallaşmaqda ittiham edir. “Qanuni oğru”lar MDB ölkələrinin birində toplaşmağı planlaşdırırlar.

Qeyd edək ki, Ermənistanda keçirilən yığıncaqda Alik Banduryanın tacqoyma mərasiminin keçirilməsi nəzərdə tutulurdu. Ded Xasanın onun namizədliyini dəstəklədiyi bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar