Ekspert: “Bu, “Əl-Qaidə”nin sonunun başlanğıcıdır...”
02 may 2011 15:25 (UTC +04:00)

Ekspert: “Bu, “Əl-Qaidə”nin sonunun başlanğıcıdır...”

Ancaq düşünmürəm ki, bu, “Əl-Qaidə”nin terror fəaliyyətinin artmasına ümumilikdə stimul verəcək”.

Bu sözləri Lent.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib. Onun sözlərinə görə, Bin Ladenin ölümü “Əl-Qaidə”nin fəaliyyətinə kəskin dərəcədə mənfi təsir göstərəcək: “Bin Laden “Əl-Qaidə”nin təkcə simvolu deyildi. O, həm də bu terror təşkilatının yaradıcısı və maliyyəçisi idi. Həmçinin, Bin Laden təşkilatın fəaliyyətinə bilavasitə rəhbərlik edirdi”.

Ə.Oruclunun fikrincə, Bin Ladenin məhvi rəhbərlik etdiyi təşkilatın fəaliyyətini əhəmiyyətli dərəcədə zəiflədəcək: “Mən, hətta cəsarətlə deyə bilərəm ki, Bin Ladenin ölümü “Əl-Qaidə”nin sonunun başlanğıcı oldu. İstənilən halda, sabahkı “Əl-Qaidə” dünənki “Əl-Qaidə” olmayacaq”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar