Üsamə bin Laden necə öldürülüb – TƏFƏRRÜAT
02 may 2011 09:57 (UTC +04:00)

Üsamə bin Laden necə öldürülüb – TƏFƏRRÜAT

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama deyib ki, illərdir ki, Üsamə bin Ladenin yerini müəyyənləşdirmək üçün kəşfiyyat işləri aparılıb.

O, terror təşkilatının liderinin yerini müəyyənləşdirmək üçün Pakistan kəşfiyyatı ilə əməkdaşlıq edildiyini və bunun böyük faydası olduğunu qeyd edib: “Pakistanla əməkdaşlığımız Üsamə bin Ladenin harada olduğunu tapmağımıza kömək etdi. Üsamə bin Laden İslamabadda bir sığınacaqda öldürülüb. Bu əməliyyat zamanı amerikalı hərbçilərin birinin də burnu qanamayıb. Üsamə bin Ladenin öldürüldüyü gün Pakistan üçün də tarixi bir gündür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar