Şahzadə Uilyam və xanımının “bal ayı” təxirə düşdü
0
0
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Böyük Britaniya Kral Sarayının dəftərxanası məlumat yayıb.
Cütlük ilk gecələrini keçirmək üçün vertolyotla Kral Sarayını tərk edib. Böyük Britaniya mətbuatı bu gün cütlüyün bal ayını keçirmək üçün İordaniyaya yollandığını yazsa da, cütlük hələ ki, Böyük Britaniyadadır.
Açıqlamada qeyd olunur ki, bal ayı təxirə salınıb, növbəti həftə isə artıq Kembric hersoqu titulunu daşıyan şahzadə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin xilasedici vertolyotunun pilotu kimi Uels adasına xidmətə qayıdacaq. Cütlüyün istirahət məkanı və bal ayı keçirəcəyi yer hələ ki, məxfi saxlanılır.