İtaliya Qəzzafidən pul alıb silahı üsyançılara satdı - FOTO
Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu müqavilələrin bəzilərində ödəmələr nağd olduğundan, İtaliya şirkətləri tərəfindən vaxtından əvvəl icra olunub.
Bəzi layihələr isə yarımçıq qalıb ki, Berluskoni hökuməti ötən gün həmin silah və texnikanı üsyançılara vermək niyyətində olduğunu açıqlayıb. Bu sırada yayılan məlumatlara görə, ötən il məşhur helikopter istehsalçısı olan “Agusta Westland” şirkəti Liviya ilə 70 milyon avroluq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Liviya bu şirkətdən AW-109 helikopterləri almalı idi. Şirkətin daxil olduğu “Finmeccanica” holdinqin yaydığı rəsmi məlumatlara görə, həmin helikopterlər pulu ödəmiş Qəzzafiyə deyil, ona qarşı çıxan qüvvələrə çatdırılacaq. Artıq bununla bağlı şirkət rəsmiləri üsyançılarla görüşlərə başlayıblar.
Qəzzafinin 2009-cu ildə İtaliyaya gerçəkləşdirdiyi məşhur səfər zamanı imzalanmış bir sıra layihələrin “meyvələri” də üsyançılara qismət olacaq. Qeyd edək ki, Roma torpağına yaxasında Liviya azadlıq hərəkatının rəhbəri Ömər Muxtarın şəkli ilə qədəm qoyan, Romada Berluskoninin Qəzzafinin əlini öpməsi jesti ilə başlayan, italyan qadınlar məclisində mühazirə oxunması və onların islama dəvəti ilə bitən Qəzzafinin məşhur səfəri İtaliyaya 1,5 milyard dollardan artıq xeyir verib. Bunun da qeyd olunduğu kimi təxminən 1 milyard dollardan çox hissəsi hərbi sahənin payına düşüb.
Rəşad

Oxşar yazılar

Hər il 20 min insana çip taxılacaq
26 iyul 2025 , 05:51
Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?
25 iyul 2025 , 15:30
Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR
25 iyul 2025 , 12:48
Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 , 01:01
Ermənistan hərbçisi özünü güllələdi
25 iyul 2025 , 00:50
Kadırov Türkiyədə ölümdən döndü
24 iyul 2025 , 20:50
Lukaşenkonun bu ölkəyə girişi həmişəlik qadağan olundu
24 iyul 2025 , 13:02