Ermənistan boşalır
29 aprel 2011 18:41 (UTC +04:00)

Ermənistan boşalır

0
Lent.az-ın “Armenia Today”a istinadən məlumatına görə, təkcə 2010-cu ildə ölkədən 70 min adam köçüb.

“Qallup”un araşdırmasına görə isə Ermənistan əhalisinin 40 faizi ölkədən getmək istəyir. Bu, MDB dövlətləri arasında ən yüksək göstəricidir. Ekspertlərin fikrincə, bu hesablama ilə 20 ildən sonra Ermənistanda cəmi 1,5 milyon insan qalacaq.

Xatırladaq ki, hazırda Ermənistanda əhalinin sayı 3 milyon 262 min 600 nəfərdir.

Onu da bildirək ki, Ermənistan hər zaman keçmiş SSRİ dövlətləri arasında urbanizasiya probleminin ən ciddi yaşandığı ölkə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 628

Oxşar yazılar