Qəddafi tərəfdarları Tunisdən çıxarıldılar
29 aprel 2011 18:11 (UTC +04:00)

Qəddafi tərəfdarları Tunisdən çıxarıldılar

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Tunis ordusu hücuma keçib, liviyalılar arasında ölən və yaralananlar var.

Tunis ordusu liviyalıların 8 hərbi maşınını da ələ keçirib. Bu arada Liviya qiyamçıları bu gün yenidən Liviya-Tunis sərhədindəki Dahiba-Vazen keçid məntəqəsini ələ keçirməyə nail olublar.

Qeyd edək ki, Liviya ordusu Tunisə qaçan qiyamçıları qovan zaman sərhədi keçib və Dahiba şəhərinə daxil olub. Tunis Xarici İşlər Nazirliyi olayla bağlı rəsmi Tripoliyə etirazını bildirib. Liviya hökuməti hələ olaya münasibətini açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar