İspaniyada işsizlik rekord qırdı
0
0
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya Milli Statistika İnstitutu bu ilin birinci rübündə İspaniyada işsizlik səviyyəsinin 21,3 faizə çatdığını açıqlayıb. Beləliklə, bu ilin ilk 3 ayında işsizlərin sayı 213 min 500 nəfər artıb və hazırda İspaniyada 4 milyon 910 min 200 nəfər işsiz var.
0
0