“Əl-Qaidə”çilər cinsi istəklərini iynə ilə azaldırlar
29 aprel 2011 05:23 (UTC +04:00)

“Əl-Qaidə”çilər cinsi istəklərini iynə ilə azaldırlar

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, açıqlanan son məxfi sənədlərdən aydın olub ki, “əl-Qaidə” terror təşkilatının rəhbərliyində yer alan Səudiyyə Ərəbistanı vətəndaşı Abdul Rahim Hüseyn Məhəmməd Abdül əl-Naşiri seksual həvəsini aradan qaldırmaq və qadınlar tərəfindən diqqətinin yayındırılmasının qarşısını almaq üçün özünə cinsi həvəsi azaldan iynə vururmuş.

Bu, onu sorğu-sual edən amerikalı rəsmilərin hazırladığı hesabatda yer alıb. O, “əl-Qaidə” lideri Üsamə bin Ladenə birbaşa hesabat verən şəxslərdən olub və terror təşkilatının digər üzvlərinə də bu iynələrdən istifadə etməyi məsləhət görüb.

Qeyd edək ki, əl-Naşiri 2000-ci ilin oktyabr ayında Yəməndə amerikalı hərbçilərə qarşı həyata keçirilən və 17 amerikalı əsgərin ölümünə səbəb olan hücumu planlaşdırıb. 2002-ci ildə Fransanın “MV Limburg” neft tankerinə hücumun da təşkilatçısı bu terrorçu olub. O, 2002-ci ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində yaxalanıb və 2006-cı ilin sentyabrında Mərkəzi Kəşfiyyat İdarəsinin Quantanamo həbsxanasına gətirilib. İstintaq zamanı amerikalılar onun başına çuval keçirib, boğulma təhlükəsi altında saxladıqlarını etiraf ediblər. 42 yaşlı əl-Naşiri hələ də Quantanamo həbsxanasında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar