THY kök stüardessaları işdən azad edəcək
28 aprel 2011 22:01 (UTC +04:00)

THY kök stüardessaları işdən azad edəcək

0
Lent.az-ın “Airporthaber”ə istinadən verdiyi məlumata görə, THY bütün uçuş heyətinə çəkilərini boylarına görə müəyyənləşdirməyi tapşırıb. mayın 20-dək özlərini arıqlada bilməyən uçuş heyəti, xüsusilə də stüardessalar işlərindən azad olunacaqlar.

Xəbərdarlıqdan sonra THY personalı arıqlamaq üçün müxtəlif metodlardan istifadə etməyə başlayıblar. Diet saxlayanlarla yanaşı bəzi personallar gün boyu yeməkdən imtina edir ki, bu da uçuşlarda heyətin halsızlığına səbəb olur.

THY bundan əvvəl ötən il həddindən artıq kökəldikləri üçün Hava Yolları Uçuş Heyəti Dərnəyinin (TASSA) rəhbəri İzzət Levi də daxil olmaq üzrə 30 nəfəri vəzifəsindən azad edib.

Qeyd edək ki, THY-nin standartlarına görə, qadın heyət üçün çəki boyun ölçüsündən 2 vahid yuxarı və 20 vahid aşağı (məsələn, 170 sm boyu olan qadının yuxarı çəkisi 72 kq, aşağı çəkisi isə 50 kq), kişi heyət üçünsə boyun ölçüsündən 5 vahid yuxarı, 20 vahid aşağı (məsələn, 180 sm boyu olanlar üçün 82 kq yuxarı hədd, 60 kq aşağı hədd) ola bilər.

Yeri gəlmişkən, “Azərbaycan Hava Yolları” QSC-də (Azal) təyyarə bələdçilərinin işə qəbulu ilə bağlı müsabiqə elan edib. “Azal”dan Lent.az-a verilən məlumata görə, təyyarə bələdçisi işləmək istəyənlərin boyu 165 sm-dən hündür olmalıdır. Çəki ilə bağlı həddin başlanğıc və son həddi göstərilməsə də, “Azal”dan bildirilib ki, çəlimsiz, boyu və çəkisi uyğun gəlməyənlər, eləcə də kök şəxslər Azərbaycan aviaşirkətində işə qəbul olunmur.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar