Türkiyədə daha bir kaset qalmaqalı
27 aprel 2011 19:57 (UTC +04:00)

Türkiyədə daha bir kaset qalmaqalı

Türkiyə siyasətində daha bir kaset qalmaqalı baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, internetdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) iki sədr müavininin görüntüləri yayılıb.


Gizli kamera ilə çəkilmiş görüntülərdə MHP liderinin ailə və qadın problemləri üzrə müavini, millət vəkili Rəcai Yıldırım və yerli idarəetmə orqanları üzrə müavini, millət vəkili Mətin Çobanoğlu qadınlarla siyasət, seçki, eləcə də intim mövzularda söhbət edir və öpüşürlər.


Kaset yayıldıqdan bir qədər sonra partiya lideri Dövlət Bağçalının (Devlet Bahçeli) təlimatı ilə hər iki şəxs sədr müavinliyindən istefa verib. İyunun 12-də keçiriləcək parlament seçkilərində namizədlikləri irəli sürülmüş R. Yıldırım və M. Çobanoğlu seçkiyə qatılmayacaqlar. Prokurorluq fakt üzrə “şəxsi həyatın gizliliyinin pozulması” maddəsi ilə cinayət işi qaldırıb.


Xatırladaq ki, Türkiyə siyasətində ötən il də kaset qalmaqalı baş vermişdi. Ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal millət vəkili Nəsrin Baytok ilə çəkilən gizli kamera görüntülərinin internetdə yayılmasından sonra - 2010-cu il mayın 10-da vəzifəsindən istefa vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar

1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27
Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23
“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33
İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39